“Neftçi”nin oyununda erməni hakim də olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin oyununda erməni hakim də olacaq

İdman

02 İyul 2019 18:25 844


UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Speranta" və "Neftçi" arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!