Pediatriya Mərkəzində dəyişiklik  -   Azər Əhmədovu əvəzləyən kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Pediatriya Mərkəzində dəyişiklik - Azər Əhmədovu əvəzləyən kimdir?

Sağlamlıq

14 May 2026 17:26 520


Respublika Pediatriya Mərkəzinin rəhbəri dəyişib. TƏBİB sədrinin imzaladığı müvafiq əmrlə direktor Azər Əhmədov işdən çıxarılıb. Digər əmrlə bu posta Erkin Rəhimov gətirilib.

A.Əhmədovun vəzifədən uzaqlaşdırılması tibb ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir qrup həmkarı onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, A.Əhmədov ölkədə pediatriya sahəsinə ciddi töhfə verən, sistemə yeni nəfəs gətirən həkimlərdən biri idi. 

Azər ƏhmədovEyni zamanda, digər qrup həkim isə yeni təyinatın müsbət qarşılandığını bildirir və Erkin Rəhimovun peşəkar təcrübəsini önə çəkir. pizza mizza

Bəs yeni direktor kimdir?

“Yeni Sabah”ın xəbərinə görə, mütəxəssislər E.Rəhimovun geniş beynəlxalq və yerli tibbi təcrübəyə malik olduğunu bildirir. 

O, 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, daha sonra 2003-2007-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirib.

2008-2012-ci illərdə həmin universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayan E.Rəhimov 2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

Erkin Rəhimov

2014-cü ildən bu günə qədər “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasında assistent kimi fəaliyyət göstərir.

E.Rəhimovun Azərbaycan və beynəlxalq səhiyyə sistemində bir sıra vəzifələrdə təmsil olunduğu bildirilir. O, Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

Eyni zamanda Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

Onun fəaliyyəti çərçivəsində Azərbaycanda ilk multidissiplinar uşaq mərkəzinin formalaşdırılması, böyük həcmli pediatrik toplantıların təşkili və beynəlxalq elmi konfranslarda iştirak kimi layihələr qeyd olunur.

Məlumata görə, E.Rəhimov həm rus, həm də ingilis dillərində peşəkar tibbi təqdimatlarla çıxış edə bilən mütəxəssislərdəndir. O, həmçinin müasir peyvəndləmə üzrə yeni nəşr olunan əl kitabının həmmüəlliflərindən biridir və bir sıra beynəlxalq elmi məqalələrin müəllifi kimi tanınır.

Qeyd edək ki, bir tərəf bu təyinatı sistemdə yenilənmə kimi qiymətləndirir, digər tərəf isə əvvəlki rəhbərin fəaliyyətinin davamlılığının vacibliyini önə çəkir. Çünki həm A.Əhmədov, həm də E.Rəhimov ölkənin tanınmış pediatrıdır.

Yeni rəhbərin fəaliyyəti isə yaxın aylarda daha aydın şəkildə qiymətləndiriləcək.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!