Qarabağdan qaçan əhali ilə erməni hərbiçiləri arasında insident: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan qaçan əhali ilə erməni hərbiçiləri arasında insident: Ölənlər var

Dünya

28 Sentyabr 2020 14:34 7519


“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır:

"Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!