“Qarabağ”ın oyununda erməni təxribatı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın oyununda erməni təxribatı - Foto

İdman

07 Avqust 2019 08:29 1387


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən APOEL – “Qarabağ” matçında erməni təxribatına yol verilib.

“Yeni Sabah” xəbər verir ki, tribunada Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı  Kipr bayrağı ilə yan-yana asılıb. 

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Belə ki, əvvəllər "Neftçi"nin APOEL və "Qəbələ"nin "Apollon"la matçlarında da Azərbaycan bayrağı Kipr yunanları və ermənilər tərəfindən yandırılıb, qondarma Dağlıq Qarabağ bayrağı asılıb.

Qeyd edək ki, APOEL – “Qarabağ” matçı təmsilçimizin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!