Qərbin Türkiyəyə qarşı “erməni oyunu”

saytların hazırlanması

Evə çatdırılma

Qərbin Türkiyəyə qarşı “erməni oyunu”

Dünya

10 İyul 2020 11:59 873


Qərb erməni amilindən Türkiyəyə qarşı istifadə etməkdə davam edir. Bunu Ağ evin mətbuat katibinin “erməni soyqırımı” ifadəsinin işlətməsi və avroatlantik mərkəzlərin Türkiyə rəhbərliyinin İstanbuldakı Aya Sofya muzeyini yenidən məscidə çevirmək niyyətinin ifadə edilməsi fonunda erməni xristianlığını xatırlamaları təsdiq edir.

Türkiyənin son vaxtlar beynəlxalq səhnədəki mövqeyinin xeyli güclənməsi, Suriya və Liviya münaqişələrində, eləcə də Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində müstəqil siyasət həyata keçirməyindən ehtiyat edən və narahatlığını gizlətməyən ABŞ və Avropa İttifaqı Ankara qarşısında yenidən “erməni məsələsi”ni qabardır. Buna qarşı olaraq Türkiyənin adekvat cavabı şübhə doğurmur. Elə son günlər Türkiyə hökumətinin “erməni soyqırımı” ilə bağlı maraqlı dairələrin apardıqları təbliğatın qarşısının alınmasının müzakirəsi buna işarə edir.

Qərb zaman-zaman “erməni kartı”ndan Türkiyəyə qarşı istifadə etməyə çalışıb. 

Ötən ilin oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bu Türkiyənin Rusiyadan S-400-lərin alınması ilə bağlı idi. Təsadüfi deyildi ki, Nümayəndələr Palatası Türkiyəyə qarşı “Sülh bulağı” əməliyyatı və Rusiyadan S-400-lərin alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini də təsdiqləmişdi. Həmi layihəyə əsasən, yüksək çinli türk məmurlara, o cümlədən milli müdafiə naziri Hulusi Akar və “Xalq Bank”a qarşı sanksiya tətbiq edilməli idi. Üstəlik, layihədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin aktivlərinin öyrənilməsi haqqında bənd də yer almış. Sanksiya qanununun qüvvəyə minməsi üçün onu Senat və prezident təsdiqləməli idi. Lakin hələ ki, bu baş verməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!