Rusiyada məhkəmədən qaçan erməni məmurun konsulluqda ölməsinin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada məhkəmədən qaçan erməni məmurun konsulluqda ölməsinin TƏFƏRRÜATI

Dünya

24 Sentyabr 2025 20:04 381


Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan iş adamı və sabiq məmur Boris Avakyanın öldürülməsi versiyasını istisna edib.

Yenisabah.az xəbər verir ki, Arsenyan bu barədə "Hraparak" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, meyiti Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda tapılan Avakyan qapısı bağlı olan tualetdə damarlarını kəsib.

Səfir əlavə edib ki, tualetin qapısı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən açılıb: "Avakyan öz istəyi ilə konsulluğun binasına gəlib. Konsulluğa giriş sərbəstdir, konsulluğun binası bağlı deyil, hər kəs konsulluq xdmətləri almaqdan ötrü daxil ola bilər".

Xatırladaq ki, Rusiyada "Rosimuşestvo"nun (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik) keçmiş məmuru Avakyan sentyabrın 23-də məhkəmə zalından qaçdıqdan sonra Vasilyevski adasındakı Ermənistanın Baş Konsulluğuna daxil olub və orada ölü tapılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!