Şuşada yaşayış evinin təmiri üçün 1 milyondan çox   vəsait ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Şuşada yaşayış evinin təmiri üçün 1 milyondan çox vəsait ayrıldı

İqtisadiyyat

18 Avqust 2026 11:59 22


"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşada yerləşən yaşayış evinin əsaslı təmiri və bərpası ilə bağlı layihə həyata keçirir.

"Yeni Sabah" xəbər verir ki, təmir-bərpa işləri "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Bağlanmış müqaviləyə əsasən, şirkət Şuşa şəhəri, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən yaşayış evinin əsaslı təmiri və bərpasını icra edəcək. Satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 379 144,67 AZN təşkil edir.

Qeyd edək ki, sözügedən şirkət 2020-cii ldə təsis edilib və nizamnamə kapitalı 10 manat təşkil edir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!