Ukrayna Prezidenti Hikmət Hacıyevi təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Prezidenti Hikmət Hacıyevi təltif etdi

Siyasət

24 Avqust 2026 14:22 161


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq 756/2026 nömrəli Fərmanı Ukrayna dövlət başçısının rəsmi saytında dərc edilib.

Sənədə əsasən, Hikmət Hacıyev dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsindəki əhəmiyyətli töhfələrinə, xeyriyyə fəaliyyətinə və Ukraynanın beynəlxalq səviyyədə təşviqinə görə 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!