Venesuelada neft buruğunda partlayış: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada neft buruğunda partlayış: Xəsarət alanlar var

Dünya

29 İyun 2026 22:26 69


Venesuelanın Apure ştatında PDVSA dövlət neft şirkətinin obyektində qəza baş verib.

"Yeni Sabah" xəbər verir ki, Quafita neft yatağındakı COLVEN-02 yerüstü qazma qurğusunda baş verən partlayış nəticəsində azı səkkiz işçi xəsarət alıb.

Onlardan altısında II və III dərəcəli yanıqlar qeydə alınıb. Marqarita pizza

Zərərçəkənlərin vəziyyətinin ağır olması və ərazidə tibbi imkanların məhdudluğu səbəbindən təcili tibbi yardım Kolumbiyanın xilasedici xidmətləri tərəfindən göstərilib. Yaralılar sərhəddən keçərək Kolumbiyanın Arauka departamentinin Araukita bələdiyyəsindəki tibb müəssisələrinə çatdırılıblar.

PDVSA qəzanın səbəbləri ilə bağlı hələ rəsmi açıqlama verməyib. Yerli sakinlər hadisəni avadanlıqların güclü aşınması və təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə əlaqələndirirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!