Xankəndidə erməni qadın balkonundan “Xoş gəlmisiniz” plakatı asdı + Video

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə erməni qadın balkonundan “Xoş gəlmisiniz” plakatı asdı + Video

Rəsmi

13 Oktyabr 2020 15:12 100777


Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olurlar.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Nune Qasparyan adlı sosial şəbəkə istifadəçisi yazıb.

O, Ermənistan polisinin xislətini şəffaflığı ilə ortaya qoyan paylaşım edib: "Bizim yaşlı qadın Xankəndidə balkonundan üzərində Azərbaycan və rus dillərində "xoş gəlmisiniz” yazılmış plakat asıb ki, azərbaycanlılar şəhərə daxil olanda ona toxunmasınlar. Necə olmasa, qorxu üstün gəlib. Bizim "şanlı” polislərimiz isə mülki geyimdə evə daxil olublar. Qadını sürüyərək küçəyə çıxarıb döyməyə başlayıblar”.

Nune Qasparyan qeyd edib ki, erməni polislər vətəndaşların boş qalmış evlərindən oğurluq edirlər: "Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olur. Bizim "hər şeyi bilən” Araik onları qəhrəman kimi təltif etsə, təəccüblənmərəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!