1 iyundan etibarən şəhərlərə giriş-çıxış qadağası ləğv olunur - Türkiyədə
28 May 2020 22:02
4795

1 iyundan etibarən şəhərlərə giriş-çıxış qadağası ləğv olunur - Türkiyədə

Türkiyədə 1 iyundan etibarən şəhərlərə giriş-çıxış qadağası ləğv olunur. Həmçinin restoranlar, qəhvəxanalar, hovuzlar müəyyənləşdirilən qaydalar daxilində saat 22:00-a qədər xidmətə başlayacaq.

Yenisabah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən sonuncu telekonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni normalaşma qaydaları ilə - maska, sosial məsafə və gigyenik təmizlik qaydalaraına əməl etmək şərtilə kitabxanalar, oxu evləri, muzeylər, açıq havadakı konsert salonları, uşaq başçalaraı və körpələr evləri, sürücü kursları, heyvan satış yerləri də müəyyənləşdirilmiş qaydada 1 iyundan fəaliyyətə başlayacaq.

Prezident onu da əlavə edib ki, əyləncə məkanları və nargilə qəbulu qadağası ləğv edilməyib. Küçəyə çıxma məhdudiyyəti 65 yaşdan yuxarı olan vətəndaşlar üçün bazar günü müəyyən edilmiş saat istisna olmaqla, eləcə də 0-20 yaş qrupuna aid olan küçəyə çıxma qadağası 0-18 yaş qrupuna endirilərək, çərşənbə və cuma günləri müəyyən edilmiş saatlar istisna olmaqla davam edəcək.  /APA

Oxşar xəbərlər