1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir

saytların hazırlanması

Evə çatdırılma

1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir

Sosial

04 Noyabr 2023 12:14 612


"Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, bizim ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq. BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

"Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - deyə komitə sədri bildirib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!