“10 il Yasamalda yaşamışam” - Fələstinli nazir

saytların hazırlanması

Evə çatdırılma

“10 il Yasamalda yaşamışam” - Fələstinli nazir

Siyasət

18 May 2026 16:51 43


“Mən Bakıda təhsil almışam və 1987-ci ildə Sənaye və Mülki Tikinti fakültəsini bitirmişəm. İlk dəfə Bakıya 1977-ci ildə gəlmişəm”.

"Yeni Sabah" Globalinfo-ya istinadla xəbər verir ki, bunu WUF13-də iştirak etmək üçün Azərbaycana gələn fələstinli nazir Sami Həccavi bildirib.

Nazir qeyd edib ki, vaxtilə Yasamalda yaşayıb: pizza hut

“Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında yaşayırdıq. Tələbə kimi orada tək qalırdım, amma dünyanın bir çox ölkəsindən olan tələbələrlə birlikdə yaşayırdıq. Mayyın 19-da universiteti ziyarət edəcəyəm. İndi həmin universitet Memarlıq və İnşaat Universiteti adlanır".

"Yasamaldakı yataqxananı da ziyarət edəcəyəm. Universitet Şərifzadə küçəsində yerləşirdi. Vağzalın yaxınlığında yerləşən Azərbycan Neft və Kimya İnstitutunda isə rus dilini öyrənmişəm”,- nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!