10 min manata aylığı 1500 olan iş - DƏLƏDUZLUQ CİNAYƏTİ

saytların hazırlanması

Evə çatdırılma

10 min manata aylığı 1500 olan iş - DƏLƏDUZLUQ CİNAYƏTİ

Kriminal

06 May 2025 12:52 509


Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. O, işə düzəlmək adı ilə 10 min manat pul alıbmış. Aldığı pulu qaytarıb.

Yenisabah.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Əliəsgər Həsənov tanışı Emindən “Azəreneji ASC”-nin Kadrlar şöbəsinə ayda 1500 manat maaşı olan işə düzəldəcəyini deyib.

2020-ci ildən bu ilin avqust ayına kimi “Enerjiservistikintitəmirsazlama” ММС-də işləmiş Həsənov maddi vəziyyəti yaxşı olmadığı üçün bu yola əl atdığını deyib. Bildirib ki, əməlindən peşmandır. Dominos pizza

Məhkəmə araşdırması zamanı məlum olub ki, Həsənov 10 min manatı geri qaytarıb. O, ilk dəfə cinayət əməli törətdiyini, iki azyaşlı övladı olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmə onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!