“10-u həkim olmaqla, 42 tibb işçimiz şəhid olub” - MN Tibb Baş İdarəsinin rəisi

saytların hazırlanması

Evə çatdırılma

“10-u həkim olmaqla, 42 tibb işçimiz şəhid olub” - MN Tibb Baş İdarəsinin rəisi

Sosial

03 Aprel 2021 15:44 923


Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

Yenisabah.az xəbər verir ki, F. Nəbiyev Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti və həkim heyətinin də səfərbər olduğunu deyib.

Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub: “Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!