10 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi deyilən kişi – “Məsələ araşdırılır” - VİDEO

10 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi deyilən kişi – “Məsələ araşdırılır” - VİDEO

Hadisə Veb saytların hazırlanması

04 Oktyabr 2023 11:27 480


"Zığ yolu 19" adlanan ünvanda sakinlər yaşlı kişini saxlayaraq polisə təhvil veriblər.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, iddialara görə, o, məktəbli qıza qarşı qeyri-etik hərəkətlər edib. 

Hadisə 63 nömrəli tam orta məktəbin əhatəsində baş verib. Hazırda valideynləri narahat edən də elə budur ki, gün ərzində məktəbə yüzlərlə uşaq gəlir.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, polisə 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı müraciət daxil olub.

Əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar hazırda da davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!