2023-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib. Onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır.
Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.
Reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.
Telegram kanalımız