11-ci sanksiyalar paketi - AK lideri elan etdi

saytların hazırlanması

Evə çatdırılma

11-ci sanksiyalar paketi - AK lideri elan etdi

Dünya

09 May 2023 17:42 731


“Avropa İttifaqının Rusiyaya qarşı yeni, 11-ci sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə yönələcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə bildirib.

“10 sanksiya paketinin ardıcıl tətbiqi ilə artıq Rusiyanın imkanlarını ciddi şəkildə sarsıtmışıq. Ötən cümə günü Komissiya 11-ci sanksiyalar paketi ilə bağlı təklifini təsdiqləyib. O sanksiyalardan yayınmanın dayandırılmasına istiqamətlənib”, – deyə U.Lyayen vurğulayıb. pizza sifarişi

AK sədrinin sözlərinə görə, Avropa İttifaqı artıq Rusiyadan idxalı təxminən üçdə iki həcmdə azaldıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!