11 mindən çox adam Azərbaycanda yaşamaq istəyir - DMX

saytların hazırlanması

Evə çatdırılma

11 mindən çox adam Azərbaycanda yaşamaq istəyir - DMX

Sosial

14 Avqust 2025 12:49 247


Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

Yenisabah.az xəbər verir ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb. Dominos pizza

Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!