11 mindən çox şəxsə əlillik təyin olunub - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

11 mindən çox şəxsə əlillik təyin olunub - Rəsmi

Sosial

08 Aprel 2024 10:12 414


Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11,5 min şəxsə əlillik təyin edilib.

Yenisabah.az xəbər verir ki, onlardan 5,6 mininə ilkin, 5,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24,8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!