Azərbaycanda 11 yaşlı narkoman: Onu bu bəlaya kim düçar edib?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 11 yaşlı narkoman: Onu bu bəlaya kim düçar edib?

Sosial

17 Fevral 2023 12:25 1396


2022-ci ildə narkotik vasitə istifadəçilərin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. 

Onun sözlərinə görə, narkotik vasitədən istifadə edən 11-17 yaş aralığında 11 nəfər qeydə alınıb. 

Bəs, azyaşlılar narkomaniya bəlasına necə düçar olur? Onları ailə üzvləri, yoxsa mühit buna vadar edir?  Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan asılılıq üzrə mütəxəssis, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev bildirib ki, maddə asılılığından əziyyət çəkənlərin böyük əksəriyyəti buna yeniyetmə yaşlarından başlayırlar: 

“Biz maddə asılılığına baxanda birinci faktor olaraq yeniyetməlik dövründə başlamasını müşahidə edirik. Bunun əsas səbəblərindən biri o yaş dövründə beyin funksiyalarımızın tam şəkildə formalaşmaması ilə bağlıdır. Yeniyetməlik yaş dövründə emosional beyin aktiv olduğuna görə, düşünən beynimiz tam adekvat şəkildə qərar verə bilmir. İnsanın düşünən beyni - “prefrontal korteks”i 25-30 yaşında inkişafa başladığına görə maddə istifadəçilərinin 75-80 faizi yeniyetməlik yaş dövründə buna başlayır. Çünki sonluğun nə qədər dəhşətverici, zərərli olduğunu düşünmürlər, ana uyğun qərar verirlər. Buna əsas səbəb maraq ola bilər, dost çevrəsinə uyğunlaşma, özünü təsdiq, ətrafda özlərini rol model olaraq uyğunlaşdırdıqları insanların siqaret, enerji içkiləri, digər alkoqollu içkilərdən, yüngül narkotik istifadə etməsi və yeniyetmələrin özlərini onlara bənzətmə meyarı ola bilər”. 

R.Allahverdiyevin sözlərinə görə, bir dəfə narkotik maddə yaxud içkilərdən istifadə etdikdə dopamin (həzz hormonu) ifraz edilir və beyin bunu avtomatik proqramlaşdırır: 

“Əsas faktorlardan biri də uşaqların psixoloji, yaxud fizioloji olaraq çəkdikləri problemləri kənardan başqa meyarlarla aradan qaldırma istəkləridir. Biz belə hallarda uşaq, məktəb, valideyn üçbucaq prizmasının tərəfdarıyıq ki, uşaq öz problemini qeyri-leqal yolla aradan qaldırmağa can atmasın. Onlar bəzən komfort zonanı narkotikdə tapırlar, bu zaman beyin bir müddət dopamin ifraz edir, davranış olaraq şəxs bundan həzz alır və beyin onu həzz davranışı olaraq proqramlaşdırır və istənilən xoşagəlməz halda, sıxıntıda, psixoloji problemdə yenidən beyin o anı yaşamaq istəyir. Belə olan halda şəxslər həmin davranışlara yenidən yönəlirlər”. 

Psixoterapevt qeyd edib ki, narkomaniyadan birdəfəlik sağalmaq mümkün deyil: 

“Ümumiyyətlə, narkomaniyadan sağalma mümkün deyil, bunu elm sübut edir ki, psixoaktiv maddə asılılığında sağalma söhbəti yoxdur. Çünki bu, beynimizin neyrokimyəvi pozuntusu zamanı yaranan xroniki beyin xəstəliyidir. Əlbəttə, nə qədər tez və operativ şəkildə maddə istifadəçisinin üzərinə düşsək, onun aradan qaldırılması və saxlama müddətinin baş verməsi daha asan və daha effektiv şəkildə baş verir. 

Valideyn görsə ki, övladı 12-13 yaşında siqaret çəkir, içki içir, marixuana istifadə edir onun yanaşması, övladını başa düşməsi, mütəxəssisə yönləndirməsi nəticəsində həmin şəxsi maddə asılılığından uzaqlaşdıra bilərik. Amma konkret olaraq burada sağalma prosesi gedir, ya yox deyə bilmərik. Çünki beyin maddə istifadəsi zamanı bunu proqramlaşdırır, 30-40 il keçsə belə, həmin şəxsin yenidən maddə istifadə etmə riski var. Ona görə bu şəxslər mütəmadi olaraq nəzarətdə olmalıdır, yuxusu, iştahı, həyat tərzi, psixoloji problemləri müşahidədə olmalıdır ki, yenidən əvvəlki hala qayıtmasın”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!