11 yaşlı qızı nişanlayan valideynlər polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı qızı nişanlayan valideynlər polisə çağırıldı

Sosial

02 Mart 2021 11:25 818


Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb. Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.

Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib. pizza mizza

Qeyd edək ki, bu il fevralın əvvəlində Gürcüstanın Tblisi şəhərində, Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızı öz qohumu ilə nişanlayıblar. Sosial şəbəkədə yayılan nişan videosu izləyicilərin böyük narazılığına səbəb olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!