110 yaşlı nənənin son arzusu: Dövlət qurumları biganə qalır   - Video

saytların hazırlanması

Evə çatdırılma

110 yaşlı nənənin son arzusu: Dövlət qurumları biganə qalır - Video

Sosial

15 Dekabr 2022 12:39 1353


Kəlbəcər rayonunun yeganə ən uzunömürlü sakini 110 yaşlı Xeyransa nənənin son arzusu yerinə yetirilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Amil Xəlil məlumat verib.

Onun sözlərinə görə, Xeyransa nənənin son arzusunu dövlət qurumları və Kəlbəcər İcra Hakimiyyəti həyata keçirmir. pizza mizza

110 yaşlı nənənin son arzusu 30 ildən sonra Kəlbəcəri görməkdir:

“Nənənin sağlamlığı yerindədir, heç bir şikayəti yoxdur. Amma onun şəxsən müraciəti cavabsız qalır. Deyir ki, bir dəfə gedim elimi-obamı görüm, amma imkan vermirlər. İnşallah, bu gün səs çıxar və hətta çəkilişlə onu aparardıq Kəlbəcərə. Axı onun bircə arzusu var. 7-8 yaşlı uşaqlar belə Kəlbəcər getdi, Xeyransə nənə isə hələ də getmək üçün göz yaşı axıdır”. 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!