12 mart buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq   - DİM

saytların hazırlanması

Evə çatdırılma

12 mart buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq - DİM

Sosial

17 Aprel 2023 16:01 1018


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri ilə bağlı sayı-hesabı olmayan suallar ünvanlanır. 

İmtahan verən hər kəs nəticələrin açıqlanmasını həyəcanla gözləyir.

AzEdu.az-ın DİM-dən aldığı son məlumata əsasən, 12 mart tarixində keçirilən buraxılış imtahanı nəticələrinin növbəti 3 gün ərzində elan olunması nəzərdə tutulur. Dominos pizza

Xatırladaq ki, martın 12-dəki buraxılış imtahanları Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün keçirilib. 

Həmin tarixdə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. 

Ümumilikdə bu imtahanlarda 51 minə yaxın 11-ci sinif şagirdi iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!