128 gün komada qalan 24 yaşlı qazimiz bu gün dəfn olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

128 gün komada qalan 24 yaşlı qazimiz bu gün dəfn olundu - Fotolar

Sosial

13 Fevral 2021 15:54 846


128 gün komada qalan 24 yaşlı Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu bu gün torpağa tapşırılıb.

Yenisabah.az xəbər verir ki, Tacəddin İsmayılzadə yaşadığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Emin Hacıyev, Müşfiq Məmmədli, Tahir Mirkişili, şəhidin yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər. Toyuqlu pizza

Xatırladaq ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib. Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayılzadə Tacəddin Vüqar oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!