13 yaşlı qızın dünyaya gətirdiyi uşağın çəkisi 3 600 qramdır

saytların hazırlanması

Evə çatdırılma

13 yaşlı qızın dünyaya gətirdiyi uşağın çəkisi 3 600 qramdır

Sosial

07 Sentyabr 2022 12:28 909


TƏBİB 13 yaşlı qızın ana olması ilə bağlı açıqlama verib. 

Qurumdan "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub. Toyuqlu pizza

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!