14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

Sosial

27 Sentyabr 2022 21:58 986


Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

Yenisabah.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub. Hərbi xidməti başa vurmasına bir aydan da az vaxt qalıbmış. pizza

Ailədə bir bacı, bir qardaş olub./Report

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!