“1.50 qəpiklik dərmanı altdan-altdan 150-200 manata satırlar“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“1.50 qəpiklik dərmanı altdan-altdan 150-200 manata satırlar“ - Deputat

Sosial

11 Oktyabr 2022 17:04 1121


Milli Məclisdə Azərbaycanda bəzi dərmanların çatışmazlığı məsələsi qaldırılıb.

Yenisabah.az xəbər verir ki, millət vəkili Rüfət Quliyev həkimlərin ona müraciət edərək bəzi dərmanların çatışmadığını bildirib.

“Bir aydan çoxdur ki, Azərbaycanda adrenalin adlı dərman yoxdur. Həkimlər qeyd edirlər ki, hazırda onlarla cərrahiyyə əməliyyatı məhz buna görə dayandırılıb. 1.50 qəpiklik dərman yoxa çıxıb, onu altdan-altdan 150-200 manata satırlar. İkincisi qlükoza və hidrogen xolorofil fizoloji məhlulu tapılmır. Bu dərmanlar Ukraynadan gətirilir. Toyuqlu pizza

Mən başa düşürəm ki, Ukraynada müharibədir və dərman gətirməkdə müəyyən problemlər var. Lakin bu dərmanlar Türkiyədə rahat şəkildə satılır. Bizim fikrimiz var idi ki, bir ay dərmanları Türkiyədən Azərbaycana gətirib sataq. Bu problemin həllini uzatmaq lazım deyil”./Bakupost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DEMƏK İSTƏYİRSİNİZ Kİ HÖKUMƏT ORQANLARINDA OTURANLAR TƏSADÜFÜ MƏMURLARDIRLAR. DƏRMAN SATAN deputatlar SİZİN yanınızda əyləşiblər. Soyadınızı ONLARA bildirin.
    4 years ago