16 yaşlı oğlanın pensiyası niyə kəsilib?   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı oğlanın pensiyası niyə kəsilib? - VİDEO

Sosial

13 May 2026 01:46 160


Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Namil Əsədov 16 yaşlı oğluna təyin olunmuş əlillik pensiyasının kəsilməsindən şikayətçidir.

O, Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, anadangəlmə sağlamlıq imkanları məhdud olan övladı Elxan Əsədliyə 2022-ci ildən təyin olunan əlillik pensiyası 2025-ci ilin mart ayında dayandırılıb.

Namil Əsədov ailənin maddi vəziyyətinin ağır olduğunu deyərək aidiyyəti qurumlardan kömək istəyir. Toyuqlu pizza

"Dəfələrlə müraciət etmişəm, məktəblər də qəbul etməyib. 16 yaşı var, amma heç adını da yaza bilmir. Özünü idarə edə bilmir, evdə hər şeyi vurub sındırır. Valideyninə hər an xəsarət yetirə bilər. İşsiz olduğum üçün müalicəsini etdirə bilmirəm. 300 manat pensiya alırdı. Bir il iki aydır dayandırılıb", - deyə N.Əsədov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!