17 yaşlı gürcü ulduz “Arsenal”da

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı gürcü ulduz “Arsenal”da

İdman

03 Sentyabr 2026 15:04 36


İngiltərə Premyer Liqasının son çempionu "Arsenal" Gürcüstan futbolunun gənc istedadı Andria Bartişvilinin transferini rəsmiləşdirməyə hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, London klubu Gürcüstanın "İberia 1999" (və müqavilə ilə məxsus olduğu "Kolxeti-1913") komandasında çıxış edən 17 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün təxminən 4,5 milyon avroluq təzminat ödənməsi barədə razılıq əldə edib.

Gənc futbolçu tibbi müayinədən keçmək və 5 illik müqaviləyə imzaatma mərhələsini tamamlamaq üçün artıq Londona yola düşüb. FİFA Qaydalarına əsasən, oyunçunun 18 yaşı yalnız 2027-ci ilin martında tamam olacağı üçün o, "topçular"ın heyətinə rəsmi olaraq 2027-ci ilin yayında qoşula biləcək. Toyuqlu pizza

Öz oyun tərzi və topla çevik rəftarı ilə artıq Gürcüstan milli komandasının və PSJ-nin ulduzu Xviça Kvaratsxeliya ilə müqayisə olunan Bartişvili, Gürcüstan U-21 yığmasının da aparıcı üzvlərindən biridir. Bu transfer Gürcüstan çempionatı tarixinin ən baha başa gələn ikinci oyunçu satışı kimi də statistikaya düşüb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!