18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sosial

09 Dekabr 2021 09:38 561


Dekabrın 8-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Dördpendirli pizza

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!