Almaniyanın Saksoniya-Anhalt əyalətinin Tangerhütte şəhərində yerləşən 184 illik tarixi tökmə zavodu cəmi 1 avro başlanğıc qiyməti ilə satışa çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, 1842-ci ildə fəaliyyətə başlayan və şəhərin sənaye tarixində mühüm yer tutan zavod uzun illərdir istifadəsiz qalıb.
Təxminən 16 min kvadratmetr ərazini əhatə edən və mədəni irs siyahısına daxil edilən tikili baxımsızlıq səbəbindən ciddi zərər görüb. Dam örtüyünün böyük hissəsi çöküb, fasadda isə geniş dağıntılar yaranıb. Təhlükəsizlik baxımından əraziyə giriş qadağan edilib, zavodun ətrafı isə kol-kos və ağaclarla örtülüb. pizza sifarişi
Almaniya mətbuatının məlumatına görə, bələdiyyə zavodu ən yüksək qiymət təklif edən şəxsə satmayacaq. İştirakçılar tikilidən hansı məqsədlə istifadə edəcəklərini ətraflı izah etməli və onun bərpası ilə bağlı layihə təqdim etməlidirlər.
Mütəxəssislər bildirirlər ki, tarixi zavodun yenidən istifadəyə verilməsi üçün milyonlarla avro həcmində investisiya tələb olunur.
Zavodu almaq istəyənlər üçün müraciətlərin qəbulu 30 sentyabr 2026-cı il tarixinədək davam edəcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız