“2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları...“ - “Azərsu“dan açıqlama
07 İyl 2020 18:24
316

“2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları...“ - “Azərsu“dan açıqlama

Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Yenisabah.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

"Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".

“2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları...“ - “Azərsu“dan açıqlama
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər