2 yaşlı uşaqdan atası da imtina edib - Sığınacağa yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

2 yaşlı uşaqdan atası da imtina edib - Sığınacağa yerləşdirildi

Sosial

06 May 2026 14:43 260


Abşeron rayonunda qəbristanlıqda tapılan 2 yaşlı uşaq artıq həkim müayinələrindən keçib.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, aparılan ilkin müayinələrdə uşaqda ciddi patologiya aşkar edilməyib: Sezar pizza

“Uşağın müxtəlif analizlərinin nəticələri, SPİD, hepatit və digər testlər 2 gün ərzində hazır olacaq. Kardioloq müayinəsi zamanı uşağın ürəyində ciddi problem aşkar edilməyib. Yalnız yüngül bir dəyişiklik qeydə alınıb ki, bu da bəzi uşaqlarda rast gəlinən, ürək qapağının tam bağlanmaması ilə bağlıdır.

Həkimlərin fikrincə, bu vəziyyət zamanla düzələ bilər, lakin uşaq müəyyən müddət tibbi nəzarətdə qalacaq. Ümumən isə uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilir. Lakin onda müəyyən sosiallaşma çətinlikləri müşahidə olunur. Göz kontaktı zəifdir və mütəxəssislər bunu uşağın uzun müddət tək və baxımsız qalması ilə əlaqələndirirlər. Hazırda ünsiyyət bacarıqları zəifdir, amma yanımızda uşağın zamanla uyğunlaşacağı, vəziyyətinin yaxşılaşacağı gözlənilir.

Uşağın sığınacaqda və ya uşaq evində qalması ilə bağlı qərarı isə Sosial Xidmətlər Agentliyi qərar verəcək. Hazırda yanımızda, sığınacaqdadır. Sosial Xidmətlər Agentliyi  vəziyyətə uyğun qərar qəbul edəcək”.

K.Ağazadə qeyd edib ki, uşağın bioloji atası da ondan imtina edib:

“Ana dünən, mayın 5-də rəsmi şəkildə, notarial qaydada uşağından imtina edib və artıq uşaq dövlətin tam nəzarətinə keçib. Azyaşlının bioloji atası məlumdur, lakin o, uşağın həyatında iştirak etmir və ona yaxın durmayıb. Valideynlər arasında çətin və münaqişəli ailə vəziyyəti olub, ana isə 17 yaşında uşağı dünyaya gətirib.

Ailədaxili problemlərin detalları mənə tam məlum deyil, amma uşağa qarşı məsuliyyəti ata da yerinə yetirməyib. Doğum haqqında şəhadətnaməsində də tək ana qeyd olunub”.

Qeyd edək ki, mayın 5-də Abşeronda, Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığında 2 yaşlı oğlan uşağı tapılıb. Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!