20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənildi
26 Yan 2021 11:58
184

20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənildi

20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib.

Yenisabah.az xəbər verir ki, bunu Trend-in “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlarla, təhsil müəssisələri ilə danışıqlar aparılıb, razılıq əldə olunub: “Şəhid ailə üzvlərinin bir çoxunun təhsil xərclərini elə təhsil müəssisələrinin özləri ödəyib, bəziləri isə "YAŞAT" Fondu tərəfindən qarşılanıb”.

E.Hüseynovun sözlərinə görə, eyni zamanda "YAŞAT" Fondu tərəfindən 17 nəfər əməliyyata cəlb olunub, bunların içərisində ağır yaralı olan qazilər də var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər