“20 yaşım olanda…” – Röyadan maraqlı açıqlamalar
07 İyn 2020 08:18
1653

“20 yaşım olanda…” – Röyadan maraqlı açıqlamalar

“Elə şeylər var ki, onları öz valideynlərimlə bölüşmürəm. Çox ağır bir dönəm keçirmişdim. Tezdən Nailə xanıma zəng vurub, dedim ki, borcumu ödədim. O da başladı telefonda ağlamağa. Yanımdakı işçilərim bildirdilər ki, siz bu problemləri niyə valideynlərinizə danışmırsız? Cavab olaraq söylədim ki, heç onların xəbəri belə yoxdur ki, mənim borcum var. Valideynlərimə ömrümdə bu şeyləri demərəm. Ona görə də mənim Nailə xanım Mirməmmədlinin ailəsi ilə sıx bağlılığım var. Onların evinə kim gəlib gedibsə, elə bağlılığı var”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “İctimai” televiziyada yayımlanan “Ötən günlər” musiqili proqramında qonaq olarkən deyib.

Əməkdar incəsənət xadimləri Nailə Mirməmmədli və onun mərhum həyat yoldaşı Hikmət Mirməmmədlinin həyat və yaradıcılığına həsr olunan verilişdə Röya sənətkarların ailəsindən söhbət açaraq, səmimi etirafları ilə diqqət çəkib:

“Bu ailənin yazdığı 50-yə yaxın bəstələrini ifa etmişəm. Onların evində çox məzəli və şən günlərim keçib. Əzbər bilirəm (gülür). Hikmət müəllim elə məsləhətlər verirdi ki, bəlkə də başqası olsaydı, küsərdi. O, şəxsi həyata belə müdaxilə edirdi. 20 yaşım olanda məşqə gec gəlirdim. Deyirdi ki, haradan gəlirsən? Sən onları bir kənara qoy, sənətlə məşğul ol. Sonra onlar özləri gələcəklər (gülür).

Hər boş saatımda Nailə xanım və Hikmət müəllimin evində idim. Onların evində olanda güclü olub, rahatlıq tapırdım. Nailə xanımla məni başqa bağlar bağlayır. Rəhmətlik Hikmət müəllimnən isə başqa münasibətimiz var idi. Onunla nələrisə bölüşə bilərdim. Ya gülərdi, ya da çox sərt reaksiya verirdi. O şeyləri Nailə xanıma heç zaman danışa bilmərəm. Bəlkə də bu, kişi ilə daha da sıx dostluq etdiyimdən irəli gəlir.

Hikmət müəllimə çox inanırdım. Bir dəfə dedi ki, 1000 manat gətir, sonra mahnı və aranjimanı dinləyərsən. Bir həftədən sonra həmin pulu gətirib Hikmət müəllimə vermək istəyəndə, bildirdi ki, qoy onu cibinə, özün üçün xərcləyərəsən. İstədim sənin məsuliyyətinə əmin olum. İndi ver bu pulu sənin üçün mahnını aranjiman etsinlər. Dedim ki, siz niyə belə etdiniz, elə bir həftədən əvvəl mahnını ifa edərdim də? Cavab olaraq söylədi ki, sən bu duyğunu da içində keçirməlisən”.

 

Oxşar xəbərlər