İyunun 14-də Bakı şəhəri İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Qurbanov, müəllim və şagirdlər iştirak ediblər.
Bu barədə “Yeni Sabah”a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil nazirinin müavini İdris İsayev son illərdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb. Qeyd edib ki, 2021-2022-ci tədris ili uğurları ilə yaddaqalan oldu. pizza sifarişi
Nazir müavini “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Telegram kanalımız