Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək MM-ə təqdim ediləcək
08 Sen 2021 19:04
371

2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək MM-ə təqdim ediləcək

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Maliyyə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər