Ən çox pul qazandıran xidmətlər bəlli oldu –   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Ən çox pul qazandıran xidmətlər bəlli oldu – SİYAHI

İqtisadiyyat

13 Oktyabr 2026 15:00 104


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin ümumi dəyəri 3 milyard 257,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz çoxdur.

"Yeni Sabah" xəbər verir ki, göstərilən xidmətlərin 987,1 milyon manatı mobil telefon rabitəsinin, 524,3 milyon manatı internet xidmətlərinin, 558,8 milyon manatı proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsinin payına düşüb.

Bununla yanaşı, 384,7 milyon manatlıq informasiya, 802,2 milyon manatlıq isə digər informasiya və rabitə xidmətləri göstərilib. pizza hut

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərinin dəyəri 32,2 faiz, internet xidmətləri 21,5 faiz, informasiya xidmətləri 8,6 faiz, mobil telefon rabitəsi 3,3 faiz, digər informasiya və rabitə xidmətləri isə 4,3 faiz artıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!