22 nəfəri zəhərləyən lavaşı kimlər hazırlayıb? – AQTA açıqladı

saytların hazırlanması

Evə çatdırılma

22 nəfəri zəhərləyən lavaşı kimlər hazırlayıb? – AQTA açıqladı

Sosial

23 İyul 2026 14:37 249


Gəncə və Samuxda baş verən ümumən 3 qida zəhərlənməsi ilə bağlı araşdırmanın nəticələri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı araşdırmanın yekununda zəhərlənməyə səbəb olan məhsulun, yəni lavaşın ev şəraitində hazırlandığı ortaya çıxıb:

“Agentliyin müfəttişləri hadisə yerlərinə baxış keçirib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb. Nəticələrə əsasən, hazır yeməklərdən götürülən nümunədə “Staphylococcus aureus”, lavaş məhsulunda “Staphylococcus aureus” və koliform bakteriyaları, pendir məhsulunda isə “Escherichia coli (E.coli) aşkarlanıb. Dördpendirli pizza

Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir”.

Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub:

“Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib. Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir”.

Xatırlatma: AQTA iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktına dair hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.

Şəmkirdə yerləşən “Narın Qala” restoranının fəaliyyəti dayandırılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!