“24 yaşlı qızın meyitini nə edəcəksiniz?” – Nadir ağladı  + Video
29 İyn 2020 12:51
1367

“24 yaşlı qızın meyitini nə edəcəksiniz?” – Nadir ağladı + Video

Müğənni Nadir Qafarzadə göz yaşlarına hakim ola bilməyib. 

Yenisabah.az xəbər verir ki, 24 yaşlı gənc qızın “Bona Dea” xəstəxanasında dünyasını dəyişdikdən sonra meyidini vermək üçün 38 min manat tələb etməsi ifaçıya təsir edib: "24 yaşlı gənc qızın meyitini saxlayıb nə edəcəksiniz? Bu adam ölüb də artıq. Bu hansı insanlığa sığır? Mən başa düşmürəm. Bu qədərmi insanlığımızı içirdik, ruhumuzu şeytana satdıq?" 

Qeyd edək ki, dünyasını dəyişən qızın anası evini girov qoyaraq 30 min manat pul götürüb xəstəxanaya verdikdən sonra övladının meyitini xəstəxanadan anaya veriblər. 

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər