25 il əvvəl Bakıda   GÖRÜN NƏ EDİBLƏR?! - Şok hadisə

saytların hazırlanması

Evə çatdırılma

25 il əvvəl Bakıda GÖRÜN NƏ EDİBLƏR?! - Şok hadisə

Kriminal

22 Oktyabr 2026 17:20 109


25 il əvvəl Bakının Nəsimi rayonunda törədilmiş qətlin üstü açılıb. 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib və aparılan araşdırmalar nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, Həqiqət Məmmədova 30 iyun 2001-ci il tarixində Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətlə yetirilib. Cinayət işi üzrə icraatın təzələnməsindən sonra Nəsimi Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Pepperoni pizza

Çoxsaylı dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin olunub.

Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

R.Zeynalov 20 oktyabr 2026-cı il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Prokurorluq tərəfindən o, cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Oktyabrın 22-də R.Zeynalov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və ona həmin maddə ilə ittiham elan olunub.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Nəsimi Rayon Prokurorluğunda davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qeyd edib ki, əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!