25 ton gizli alkoqol və saxta aksizlər aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

25 ton gizli alkoqol və saxta aksizlər aşkarlandı

İqtisadiyyat

27 Avqust 2026 11:55 103


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər aidiyyəti qurumların iştirakı ilə aksizli malların qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

“Yeni Sabah” xəbər verir ki, avqust ayı ərzində Bakı şəhəri və regionlardakı topdan və pərakəndə ticarət, eləcə də ictimai iaşə şəbəkələrində reallaşan yoxlamalar zamanı 57 obyektdə markalanmamış və ya saxta aksizli məhsulların satışı aşkarlanıb. Yoxlamalar nəticəsində qanunsuz dövriyyədən 6.192 ədəd (4.3 min litr) spirtli içki, 132 çəllək (4.98 min litr) pivə və 99 qutu tütün məmulatı müsadirə olunub.

Bundan başqa, Kürdəmir rayonunda vergi uçotuna alınmadan fəaliyyət göstərən gizli sex aşkar edilib; istehsalat sahəsindən 1.288 ədəd saxta aksiz markası, mənşəyi bilinməyən 25 min litr alkoqollu xammal və müvafiq avadanlıqlar götürülərək hüquqi prosedurlara başlanılıb. pizza

DVX xatırladır ki, saxta aksiz markalarının hazırlanması və satışı cinayət məsuliyyəti yaradır. Vətəndaşlar da bu mübarizəyə qoşula bilərlər -"E-Vergi" mobil tətbiqindəki "Təqib və İzləmə Sistemi" bölməsindən QR kodları skan edərək məhsulun orijinallığını yoxlamaq və uyğunsuzluq olduqda dərhal xidmətə bildirmək mümkündür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!