27 şəhid ailəsi Naxçıvandan Şuşaya yola düşüb

saytların hazırlanması

Evə çatdırılma

27 şəhid ailəsi Naxçıvandan Şuşaya yola düşüb

Sosial

28 Mart 2024 08:04 747


Martın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən 27 şəhid ailəsi üzvünün Şuşaya səfəri təşkil edilib.

“Yeni Sabah” xəbər verir ki, səfərdən əvvəl şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Səfər çərçivəsində şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaq, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər. Həmçinin onların Xocavənd rayonuna da gedişləri təmin ediləcək. pizza

Qeyd edək ki, Naxçıvandan ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək. "Şərq qapısı" qəzetinin əməkdaşları da səfər çərçivəsində şəhid ailələrini müşayiət edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!