28 milyard il sonranın dərdi

saytların hazırlanması

Evə çatdırılma

28 milyard il sonranın dərdi

Sosial

31 Avqust 2021 12:54 1876


Məşhur alim Stiven Hokinq yaşadığımız planetin və qalaktikamızın 14 milyard yaşı olduğunu bildirir. Detallara varmadan deyək ki, o, bu fikrini müəyyən arqumentlərlə əsalandırıb. Hətta bununla kifayətlənməyib, bildirib ki, bundan sonra Yer planeti hələ 28 milyard il də yaşayacaq.

Dünən isə Azərbaycanda dünyanın bütün dərdini özündə daşıyan, 28 milyard il sonra baş verəcək hadisədən narahat olan Xan həyəcan siqnalı verib. Deyib ki, dünya fəlakətlə üz-üzədir, insanların sayı artdıqca yer kürəsinin çəkisi də artır və saplağından qopa bilər. Və uzun-uzadı düşünəndən sonra bu fəlakətdən xilas olmaq üçün unikal yol tapıb: İnsanları qırmaq lazımdır, sayını kəskin azaltmağa ehtiyac var və lazım gəlsə, ilk addımı özü ataraq intihar edə bilər. 

Hətta İkinci Dünya Müharibəsinə səbəb olan Hitlerə təşəkkür etməyi də unutmayıb. Ki, Hitler vaxtilə dünya müharibəsi edib insanların sayının azalmasına səbəb olmasa idi, fəlakət daha tez baş verərdi. pizza

Bu müdhiş açıqlamasından sonra sosial şəbəkələrdə Xan Aydınla bağlı söyüşün biri bir qəpikdən oldu. Sosial şəbəkənin Azərbaycan seqmenti hər zaman qurban axtarır və tapdığını parça-parça etməmiş dayanmır. Normal müzakirə qabiliyyəti olmayan toplum üçün təbii ki, söyüş, qarğış soyuq su kimidir. Bir az sərinlik gətirir. İndiki halda isə Xan Aydın özü öz başını qurbanlıq kötüyün üzərinə qoymuşdu. Düşüncəsi ilə yox, düşünmədən danışığı ilə.

Dünyanın gəlişindən, gedişindən bir azca xəbəri olsa idi, bilərdi ki, bir qum dənəsi Böyük Səhra üçün nə qədər yük hesab oluna bilərsə, bir insan da planetimizə ondan artıq ağırlıq yarada bilməz. Mühakimə yürütmək sahəsi kulturologiya olan teleulduzumuz, bəlkə də, bildiyi sahədən danışsaydı, bu duruma düşməzdi.

Bilmirəm bu fikirləri söyləyərkən Aydın Xan hansı psixoloji durumda olub. Sadəcə ona əziyyət verən bu “problem” üçün, həqiqətən də, narahat olmağa dəyməz. Bir az özünü rahat hiss etməsi üçün deyim ki, ondan sonra hələ təsəvvür edə bilməyəcəyi qədər törəmələri bu planetdə yaşayacaqlar. Dünyanın sonu çatanda isə nə Xan qalacaq, nə də nökər...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • niyam
    KEY XATU XANA MƏSLƏHƏT GÖRƏRDİM Kİ, MİN BİR XIRDAVAT MAĞAZALARINDA QALIN KƏNDİRLƏR OLUR, QIRILMAYAN VƏ MÖHKƏM. HƏMİN KƏDİRƏ SABUN SÜRTƏNDƏ DAHA DA SÜRÜŞKƏN OLUR. İNTİHARI BU CÜR HEYATA KEÇİRMƏSİNİN MƏSLƏHƏT GÖRÜRƏM. BELƏ Kİ, ÖZÜNÜ YANDIRARAQ, ELEKTRİK CƏRƏYANINA VERƏRƏK, YÜKSƏKDƏN ATARAQ VƏ YA BU QƏBİLDƏN OLAN İNTİHAR VARIANTLARINDAN İSTİFADƏ ETMƏMƏYƏ MƏSLƏHƏT GÖRƏRDİM. YER PLANETİNƏ BU VƏ YA DİGƏR FORMADA ZƏRƏR VƏ ZİYAN VURMAMAQ ONUN PLANETAR BORCUDUR.
    5 years ago