3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - Açıqlama

Sosial

11 Fevral 2022 11:25 1928


Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər "Bakı Metropoliteni"nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib: Dominos pizza

"Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı "Bakı Metropoliteni"nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da "Bakı Metropoliteni" birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni"nə nə şifahi nə yazılı məlumat verilməyib.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!