3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunan aksiya keçirilib

saytların hazırlanması

Evə çatdırılma

3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunan aksiya keçirilib

Sosial

03 İyul 2023 12:42 548


3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunan "Polietilen torbaları ekoçantalarla əvəz edək" aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən marketlərdə və digər ictimai yerlərdə vətəndaşlara ekoçanta hədiyyə edilib. Eyni zamanda ekokönüllülər tərəfindən onlara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib. 

Aksiyanın keçirilməsində məqsəd  polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantalardan istifadəyə üstünlük verməkdir. 

Qeyd edək ki, yüz illərlə təbiətdə çürümədən qalan polietilen torbalar qısa müddətdə istifadə olunur, atılır və ətraf mühitə ziyan vurur. Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərək.  pizza mizza

Xatırladaq ki, plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 15 fevral 2023-cü il tarixindən etibarən isə market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi müştərilərə ödənişli qaydada təqdim edilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!