30 oktyabr: ABŞ bu ölkəyə 1 milyard dollarlıq hərbi yardım ayırıb
30 Okt 2020 10:53
740

30 oktyabr: ABŞ bu ölkəyə 1 milyard dollarlıq hərbi yardım ayırıb

Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az oktyabrın 30-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1914 - Birinci dünya müharibəsinin əsas döyüşlərindən olan İpr döyüşü başlayıb.

1918 - Osmanlı dövləti ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə Qafqazdakı türk qoşunları geri çəkilməli idi.

1941 - İkinci dünya müharibəsi: ABŞ SSRİ-yə 1 milyard dollar dəyərində hərbi-texniki yardım ayırıb.

1956 - Böyük Britaniya, Fransa və İsrail Misirdən Süveyş kanalını 12 saat ərzində tərk etməsini tələb ediblər.

1961 - SSRİ Yeni Torpaq adasında tarixdə ən güclü hidrogen bombası sınağını keçirib.

1967 - İlk dəfə 2 kosmik gəmi ("Kosmos-186" və "Kosmos-188") açıq fəzada birləşiblər.

1974 - Məhəmməd Əli boks üzrə dünya çempionu olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər