“300 bal toplamaq mənim ilk böyük uğurumdur” - Sumqayıtlı məzun

saytların hazırlanması

Evə çatdırılma

“300 bal toplamaq mənim ilk böyük uğurumdur” - Sumqayıtlı məzun

Sosial

16 Aprel 2024 23:20 281


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tofiq Amil oğlu Ələsgərovdur.

Həyatının ən qürurlu və sevincli anlarını yaşayan Amil AZƏRTAC-a açıqlamasında İnformatika təhlükəsizliyi ixtisasına yiyələnmək istədiyini və bu məqsədlə təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətində olduğunu bildirib.

“İmtahan nəticələrini səbirsizliklə gözləyirdim. Adımı 39 rekordçu sırasında görəndə çox sevindim. Çəkdiyim əziyyət bəhrəsini verdi. Mənim üçün bu, ilk böyük uğurdur. Bu gözəl nəticənin əldə olunmasında ailəmin, müəllimlərimin danılmaz rolu var”, - deyə Amil vurğulayıb. Dördpendirli pizza

Xatırladaq ki, martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, onlardan altısı Sumqayıt məzunudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!