31 yaşlı Rasif niyə qətlə yetirildi? - Hadisənin   TƏFƏRRÜATI + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

31 yaşlı Rasif niyə qətlə yetirildi? - Hadisənin TƏFƏRRÜATI + VİDEO

Kriminal

20 Avqust 2026 21:45 40


Abşeron rayonunda qətl hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsi, 91 ünvanında qeydə alınıb.

Məlumata görə, 31 yaşlı Rasif Abdullayev tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirilib və o, hadisə yerində ölüb. Marqarita pizza

Mərhumun qohumu Vüsal Abdullayev Baku TV-yə hadisə barədə danışıb.

"Rasifin adı indiyədək heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada münaqişə olduğunu görüb və maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub - biri ürəyindən, digəri isə ciyərindən", - deyə o bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıblar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!